Daha üç itkin şəhid dəfn olunacaq

İtkin-şəhidlərin hər üçü hərbçidir. Onlardan biri Hüseynov Mübariz Sabəddin oğlu, digərləri isə Mirzəliyev Ələsgər Fərzalı oğlu və Münasib Mehdiyev Namaz oğludur.
M.Hüseynov sabah Bakı şəhəri, Suraxanı rayonu Dədə Qorqud qəsəbəsi Şəhidlər xiyabanında, Ə.Mirzəliyev Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi “Lələtəpə” qəbiristanlığında, M.Mehdiyev isə Samux rayonu Qovlarsarı kənd qəbiristanlığında dəfn olunacaq.
AzVision.az
Teqlər: