Sabaha olan hava proqnozu açıqlandı

   Sabaha olan hava proqnozu açıqlandı
  17 Aprel 2025    Oxunub:727
Azərbaycanda aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9°, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 769 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti