Kiyev və Aİ Krımdan imtina edə bilər - “The New York Times”

   Kiyev və Aİ Krımdan imtina edə bilər    - “The New York Times”
  25 Aprel 2025    Oxunub:418
Ukrayna və Avropa İttifaq (Aİ) rəsmi Vaşinqtonun təzyiqindən çəkindikləri üçün Krımın ABŞ tərəfindən Rusiya ərazisi kimi tanınması ilə razılaşa bilərlər.
Bu fikirlər “The New York Times” qəzetində dərc olunan məqalədəndir.

Zelenski: "Krım bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir"
“Bəzi analitiklər belə hesab edir ki, cənab Zelenski və Avropa rəsmiləri nə qədər Krım məsələsi ilə razı olmasalar da, ABŞ-nin ortaya atdığı yeni mövqeyi ilə razılaşa bilərlər”, - müəllif yazıb.

Qeyd olunub ki, Kiyev və Brüsselin Krımdan imtinası ilə bağlı ortaq fikrə gəlməsi Ukrayna ilə Avropanın yalnız ABŞ-nin təzyiqindən qorxduğu üçün baş verə bilər.

“The New York Times” onu da yazıb ki, bəzi Qərb analitikləri üçün Vaşinqtonun Qara dənizdəki strateji yarımada ilə bağlı mövqeyini dəyişməsi sadəcə "masaya qoyulan faktların etirafıdır”.

Bundan əvvəl Amerikanın "Responsible Statecraft" nəşri yazmışdı ki, Ukrayna və Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın Rusiya ilə münaqişəni həll etmək planından imtina edə bilməyəcək.

Xatırladaq ki, aprelin 19-da "Bloomberg" agentliyi diqqət çəkən məlumat yaymışdı. Nəşr yazıb ki, ABŞ administrasiyası Krım yarımadasının Rusiya Federasiyasının bir hissəsi kimi qanuni şəkildə tanınmasının mümkünlüyünü istisna etmir. "Tramp və komandası Kiyev ilə Moskva arasında daha geniş sülh sazişinin bir hissəsi kimi belə bir ciddi addım ata bilər",- nəşr yazıb.

Tram özü isə dünən jurnalistlərlə söhbəti zamanı deyib ki, Kiyevlə sülh müqaviləsi bağlamaq üçün Moskva Ukraynanın bütün ərazisini zəbt etməkdən imtina etməlidir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Krım   Ukrayna   ABŞ  





Xəbər lenti