Professor: "Ukrayna ilin sonuna qədər dözə bilməyəcək"

      Professor:    "Ukrayna ilin sonuna qədər dözə bilməyəcək"
  25 Aprel 2025    Oxunub:483
Kiyev hətta ABŞ-nin hərbi dəstəyi davam etsə belə 2025-ci ildən sonra hərbi təzyiqə dayana bilməyəcək.
Bunu Çikaqo Universitetinin professoru Con Mirşaymer "Judging Freedom"da çıxışı zamanı deyib.

"Ukrayna Baydenin fərmanından sonra hələ də tədarükü davam edən silahlarla belə çökə bilər. Çünki onlar dəhşətli vəziyyətdədirlər. Belə olan halda, ukraynalıların 2025-ci ildən o yana, daha uzun müddət müharibəyə davam edəcəyini təsəvvür etmək mənim üçün çox çətindir", - o qeyd edib.

Kiyev və Aİ Krımdan imtina edə bilər - “The New York Times”
Professor belə hesab edir ki, ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin dövründə başlayan tədarüklər dayanandan sonra Kiyevin məğlubiyyəti aylar məsələsi olacaq.

Xatırladaq ki, aprelin 18-də Tramp diqqət çəkən etiraf səsləndirmişdi. O deyib ki, rəsmi Vaşinqton Kiyevə hərbi dəstəyi dayandıra bilər. Eyni zamanda, Ağ Evin rəhbəri münaqişənin həlli şanslarının pis olmadığını da söyləyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Professor   ABŞ  





Xəbər lenti