Çinlə vizasız səfərlər haqda sənəd imzalandı

  Çinlə vizasız səfərlər haqda sənəd imzalandı
  23 Aprel 2025    Oxunub:587
Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur.
AzVision.az xəbər verir ki, aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

Mərasim çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti