“Merts gərək sadəcə olaraq istefa versin, ölkəmizdə yeni seçkilərə yol açılmalıdır. Seçki vədlərini pozan Mertsin kansler vəzifəsinə namizədliyinin irəli sürülməsi faktının özü Almaniyanın siyasi vəziyyətini xarakterizə edir. AfD Almaniya hökumətinə rəhbərlik etməyə və ölkəni baş-ayaq qoymağa hazırdır”, - xanım Vaydel bildirib.
Qeyd edək ki, bundan əvvəl mühafizəkar Xristian Demokratlar İttifaqı və Xristian Sosialistlər İttifaqı blokunun (XDİ/XSİ) namizədi Fridrix Merts ilk turda Almaniya kansleri seçilmək üçün Bundestaq deputatlarının mütləq əksəriyyətinin səsini qazan bilməyib. Səsvermə zamanı Mertz zəruri olan 316 səsdən 310-nu ala bilib. Bundestaqın 630 üzvündən 307-si onun əleyhinə səs verib.
Vəziyyətin onun xeyirnə dəişməsi üçün daha iki turun keüçirilməsinə ümid bəsləmək olardı. Lakin Almaniyanın “Bild” nəşrinin XDİ/XSİ fraksiyasındakı mənbələrə istinadən yazdığına görə, Fridrix Merts sabah keçirilməsi nəzərdə tutulan səsvermədən imtina edib.
Belədə sabah Almaniya yeni kansler almayacaq. Mertsin isə mayın 7-də planlaşdırdığı bütün xarici səfərləri sual altındadır. O, Parisə, sonra Varşavaya getmək niyyətində idi.
Maraqlıdır ki, Almaniya tarixində heç vaxt seçkilərdən və uğurlu koalisiya danışıqlarından sonra qalib gələn partiyanın namizədinin səsvermədə iştirak etməməsi presedenti olmayıb.
- Təklif olunan şəxs seçilməzsə, Bundestaq seçkidən sonra 14 gün ərzində öz üzvlərinin mütləq səs çoxluğu ilə Federal kansleri seçə bilər”, - Almaniya Konstitusiyasının 63-cü maddəsində bildirlir.
![]() |
Almaniyanın ən məşhur partiyası “ekstremist” adlandırıldı |
Xatırladaq ki, “INSA” ictimai rəyin öyrənilməsi institutu “Bild” nəşrinin sifarişi ilə AfD partiyasının qadağan edilməsi ilə bağlı sorğu hazırlamışdı. Respondentlərin 37%-i AfD-nin mümkün qadağasının əleyhinə, 48%-i isə lehinə olub. Digər 15% isə qərar verə bilməyib.
Sorğu Almaniyanın əks-kəşfiyyat idarəsi partiyanı mayın 2-də sağçı ekstremist təşkilat elan etdikdən sonra keçirilib. Respondentlərin 79%-i bu qərardan sonra AfD ilə bağlı fikirlərini dəyişmədiklərini, 10%-i isə bunun partiyaya münasibətinə təsir etdiyini söyləyib.
Yeri gəlmişkən, ABŞ-nin Dövlət katibi Marko Rubio Almaniya əks-kəşfiyyat idarəsinin bu qərarını sərt tənqid atəşinə tutub.
“Almaniya öz kəşfiyyat xidmətinə müxalifəti izləmək üçün yeni nəzarət səlahiyyətləri verdi. Bu, demokratiya deyil - maskalanmış tiranlıqdır. Əsl ekstremizm bu yaxınlarda keçirilən seçkilərdə ikinci yeru tutan məşhur AfD yox, ölümcül olan açıq sərhəd siyasətidir”, - ABŞ-nin Dövlət katibi vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az