"Bu məsələ gündəmdə deyil. ABŞ ilə işimizi davam etdiririk. Əlbəttə, münaqişənin sülh yolu ilə həllinə töhfə vermək istəyən bütün ölkələrin səylərini alqışlayırıq", - o deyib.
![]() |
"Rusiya-Ukrayna danışıqları tezliklə başlaya bilər" |
Peskov, eyni zamanda, Prezident Vladimir Putinin əmrinə əsasən II Dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə üçgünlük atəşkəs haqqında da danışıb.
"Hərbi əməliyyatlar dayandırılacaq, ancaq Ukrayna tərəfi mövqelərimizə hücum həyata keçirərsə, cavab tədbirləri görəcəyik", - mətbuat katibi söyləyib.
Firudin Həmidli
AzVision.az