Trampın komandası Baydenin nəhəng “ifşa”sını hazırlayır - VİDEO

   Trampın komandası Baydenin nəhəng “ifşa”sını hazırlayır    - VİDEO
  08 May 2025    Oxunub:358
Ağ Ev administrasiyası keçmiş ABŞ lideri Co Baydenin “tarixin ən böyük ört-basdırlmalarından birini ifşa edəcək” müsahibəsinin yayımlanmamış səs yazısını açıqlamağı planlaşdırır.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Politico” nəşri belə məlumat yayıb.

“Tramp administrasiyası keçmiş prezident Co Baydenin Robert Hurla müsahibəsinin audioyazısını yayımlamağı planlaşdırır. Müsahibəni aparan xüsusi prokuror Robert Hur Baydenin məxfi sənədlərə sahib olmasını araşdırırdı və onun psixi vəziyyəti ilə bağlı məsələ qaldırırdı”, - qəzet yazır.

Trampa yaxınlığı ilə seçilən vəkil Mayk Devis “Politico” nəşrinə bildirib ki, lentə alınmış bu müsahibə uzun müddət ərzində gizlədilən bəzi həqiqətləri ortaya çıxaracaq. Eyni zamanda, keçmiş prezident Co Baydenin də komandasının müsahibənin mümkün dərcinə hazırlaşdığı bildirilir.

Bayden: “Tramp Putini razı salmaqla məşğuldur” - VİDEO
Xatırladaq ki, Donla Tramp dəfələrlə öz sələfini və onun dövlət başçısı kimi fəaliyyətini tənqid edib. Bir dəfə Co Baydeni korrupsiyada ittiham edən respublikaçı onu tiran və ABŞ tarixində ən pis prezident adlandırmışdı.

Trampın fikrincə, Baydenin dövründə ABŞ “söz azadlığına hörmət olunmayan” qeyri-azad ölkəyə çevrilib. O, eyni zamanda, sələfini ölkədə inflyasiyanın yüksək səviyyəyə çatmasında günahlandırıb. Maraqlıdır ki, Tramp Baydenin problemlərinin onun yaşı ilə bağlı olmadığını iddia edib.

Yeri gəlmişkən, hakimiyyətdən getdikdən sonra bir müddət kölgəyə çəkilmiş Co Bayden son vaxtlar geniş ictimaiyyət qarşısındakı çıxışlarında xələfi Donald Trampın həm daxili, həm də xarici siyasətini ciddi tənqid edib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Bayden   ifşa  





Xəbər lenti