Qanunvericiliyə əlavələr edilir

Qanunvericiliyə əlavələr edilir
  15 Fevral 2013    Oxunub:1832
Azərbaycanda bütün hallarda işçi öz razılığı ilə iş vaxtından artıq işə cəlb ediləcək.
Azərbaycanda işə götürənlə işçi arasında münasibətlərin tənzimlənməsi ilə bağlı qanunvericiliyə yenidən baxılacaq. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Əmək Məcəlləsinə əlavələr edilməsi gözlənilir.

Məcəlləyə bütün hallarda işçinin razılığı ilə işəgötürənin zəruri hesab etdiyi hallarda işçinin iş vaxtından artıq işə cəlb edilməsinə dair 99-1 maddəsinin və 101-ci maddəyə yeni müddəanın əlavə olunması nəzərdə tutulur.

Məqsəd qanunvericilik və yaranmış təcrübə arasında olan fərqi aradan qaldırmaq, tərəflərin hüquq bərabərliyi və maraqlarının balansı qorunmaqla bu sahədə əmək qanunvericiliyini təkmilləşdirməkdir. Əmək Məcəlləsinin hazırda qüvvədə olan 99-cu maddəsinə əsasən, iş vaxtından artıq iş dedikdə, işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi başa düşülür.

Həmin maddəyə uyğun olaraq Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədilə yol verilir. Nəzərdə tutulan yeni əlavələrin isə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir.


Teqlər:





Xəbər lenti