Prokuroluq və nazirlik məlumat yaydı

Prokuroluq və nazirlik məlumat yaydı
  10 May 2013    Oxunub:1506
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Kürdəmir rayonunda baş vermiş dəhşətli qətllə bağlı birgə məlumat yayıb.
Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, mayın 9-da 2010-cu il təvəllüdlü Mələk Mahmudovanın meyitinin Kürdəmir şəhəri, H.Əliyev prospekti, ev 2/8 nömrəli ünvanda aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı müəyyən edilib ki, əvvəllər məhkum olunmuş Q.Süleymanov qeyri-rəsmi nikah münasibətlərində olmaqla bir evdə yaşadığı R.Mahmudova ilə mayın 7-də şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı sonuncunu döyərək ona bədən xəsarətləri yetirib. Mayın 8-də R.Mahmudova Q.Süleymanovun yatmasından istifadə edərək evdən qaçıb sonuncu tərəfindən döyülməsi barədə rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib, lakin qızını evdən aparmağa imkan tapmayıb. Q.Süleymanov R.Mahmudova ilə telefonla əlaqə saxlayaraq barəsində yazdığı şikayəti geri götürməyəcəyi təqdirdə onun azyaşlı qızını öldürəcəyi ilə hədələyib və həmin gün azyaşlı M.Mahmudova ilə evdə tək qaldıqları şəraitdə sonuncunu qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyyələrinə sillə, yumruq və təpiklə zərbələr vuraraq onu qəsdən öldürərək hadisə yerindən qaçıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 10-da Qeyrət Süleymanov cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Teqlər:





Xəbər lenti