Emin Ağalarov: “İstəyirəm 5 uşağım olsun” - Müsahibə

Emin Ağalarov: “İstəyirəm 5 uşağım olsun” - Müsahibə
  17 Fevral 2015    Oxunub:18326
Tanınmış müğənni, məşhur biznesmen Emin Ağalarov Rusiyanın “Woman.ru” saytına müsahibə verib.
Müsahibədə Emin şəxsi həyatı, övladları, sənəti və biznesi haqda danışıb.

AzVision.az müsahibənin maraqlı məqamlarını təqdim edir:

Jurnalistin `yenə övladınızın olmasını istəyirsinizmi? sualını Emin belə cavablandırıb:

“Mənim bu yaxınlarda hərfi mənada 100 illik yubliyinə bir həftə qalmış nənəm dünyadan köçdü. Hələ uşaqlıq illərindən mən ən azı 5 uşağımın olmasını istəyirəm. Hələki mənim iki övladım var. Ümid edirəm yenə olacaq. Bu anlamda kişilər üçün daha asandır. Mən yenə də gözləyə bilərəm. Çünki mənim hələ 35 yaşım var. Ümid edirəm ki, mənim daha üç övladımı böyütmək və tərbiyə etmək imkanım olacaq”.

- Uşalqarınızla görüşəndə müğənni və biznesmen olmağı dayandırırsınız?

- Uşaqlar üçün mən adi atayam. Oğlanlarımla olduğum zaman mən biznesi nəzarətdə saxlamaq üçün özümlə noutbuk və bir neçə telefon götürmürəm. Lakin eyni zamanda mesajları oxumağı və elektron poçtu yoxlamağı da unutmuram. Əgər mən uşaqlarımla görüşürəmsə onda bir-birimizdən ayrılımırıq. Lakin bəzən onlarla görüşdə ağlını da itirə bilərsən (gülür) .

- Övladlarınız əkzidirlər, bəs, onların xasiyyətləri necədir, bir-birlərinə bənzəyirmi?

-Onlar həm xarakter, həm də maraqları baxımdan fərqlidirlər. Onlardan biri evdə oturmağı sevir, digəri isə yalnız evdən çıxmağa istəyir. Erkən yaşlarından Mikayıl rəqəmləri toplayır və çox küsəyəndir. O, daha çox mənə və atama oxşayır. Əli isə şeirləri asan yadda saxlayır. O, diqqət mərkəzində olmağı sevir. Heç kəsin onu öyrətməməsinə baxmayaraq o, Maykl Cekson kimi rəqs etməyi sevir. Uşaqların yaşı artıqca onlar arasında fərq daha çox nəzərə çarpır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti