Təhsil naziri qorxulu anlar yaşadı

Təhsil naziri qorxulu anlar yaşadı
  20 Fevral 2015    Oxunub:3852
Soyuq hava şəraiti ilə əlaqədar bir neçə gündür ki, təyyarələr reyslərini qrafikə uyğun hərəkət edə bilmirlər.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, belə təyyarələrdən biri İordaniyanın paytaxtı Əmman şəhərindən olan reysi həyata keçirilməsi imiş. Türkiyə Hava Yollarına məxsus təyyarədə sərnişinlər 5 saatdan çox müddətdə onun göyərtəsində qalmağa məcbur olublar. Həmin sərnişinlər arasında Türkiyənin təhsil naziri Nabi Avcı da olub.

Hava limanının səlahiyyətli şəxsləri sərnişinlərdən təyyarənin göyərtəsini tərk etməməyi tələb edib. Eyni zamanda təyyarənin elektrik sistemində nasazlıq baş verdiyindən hətta kondisionerlər də işləməyib.

Daha sonra isə nasazlıq aradan qaldırılıb və təyyarədə İstanbula uçmaq üçün hərəkətə keçib.


Teqlər:  





Xəbər lenti