Uitkoff Putinin tərcüməçilərindən istifadə edir

   Uitkoff Putinin tərcüməçilərindən istifadə edir
  01 May 2025    Oxunub:481
Donald Tramp administrasiyasında prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoffun “Amerikanın iki əsas rəqibi” - Rusiya və İranla danışıqlara yanaşma tərzindən narazılıq var.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “New York Post (NYP)” nəşrinin yazdığına görə, Rusiyaya səfərləri zamanı Uitkoff yüksək səviyyəli görüşlərdə tək iştirak edir və bəzən rus tərcüməçilərindən istifadə edir ki, bu da diplomatik prosedurları pozur.

Keçən həftə Rusiya prezidenti ilə son görüşündən əvvəl Vladimir Putini “köhnə dost kimi” salamlayan Uitkoffu müşavirlər və ekspertlər müşayiət etməyib. Amma Rusiya tərəfindən görüşdə prezidentin köməkçisi Yuri Uşakov və xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev də iştirak ediblər.

“ABŞ nümayəndə heyətinin digər üzvləri də iştirak etsəydi, Putinlə bu cür danışıqlardan hər kəs faydalanardı”, - Demokratiyaları Müdafiə Fondunun Rusiya proqramının direktor müavini Con Hardi vurğulayıb.

Trampın ilk prezidentliyi dövründəki administrasiyasının adı açıqlanmayan bir təmsilçisi Uitkoffu “yaxşı oğlan, amma başıboş axmaq” adlandıraraq, “o, bunu tək etməməli idi” deyib.

Təhlükəsizlik üzrə ekspert və Təl-Əvivdəki Milli Təhlükəsizlik Araşdırmaları institutunun əməkdaşı Denni Tsitrinoviç isə Uitkoffun həm Rusiya-Ukrayna münaqişəsi, həm də Yaxın Şərqdəki vəziyyətlə bağlı danışıqları necə idarə etməsi sualına cavab tapmağa çalışıb.

- İran məsələsi o qədər mürəkkəbdir ki, Uitkoffun bu komanadaya daha çox insanı cəlb edəcəyinə ümidliyəm. Çünki hazırda iranlılar üstünlüyə malik ola bilərlər”, - israilli analitik bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Uitkoff   danışıqlar   narazılıq  





Xəbər lenti