Cənubi Koreyanın müvəqqəti prezidenti istefa verib

   Cənubi Koreyanın müvəqqəti prezidenti istefa verib
  01 May 2025    Oxunub:448
Cənubi Koreyada martın 24-dən bəri Prezidentin vəzifələrinin müvəqqəti icraçısı, Baş nazir Han Dok Su istefa verib.
Ölkənin "Yonhap" xəbər agentliyinin yaydığı məlumata görə, sabiq hökumət başçısı öz istefasını mətbuat konfransında açıqlayıb. O, nitqində diqqətə çatdırıb ki, bu qərara "çətinliklə" gəlib.

"Belə ağır dövrdə məsuliyyətimi nəzərə alaraq qərarımın düzgünlüyü və labüdlüyü haqqında diqqətlə düşündüm", - o deyib.

Yerli mətbuatın xəbərinə əsasən, Baş nazirin bu addımı Cənubi Koreyada iyunun 3-də keçirilməsi gözlənən prezident seçkilərində iştirak hüququ qazanmaq istəyi ilə əlaqədardır. Onun istefası fonunda Prezidentin vəzifələrinin müvəqqəti icrasını Baş nazirin müavini, iqtisadiyyat və maliyyə naziri Çoy San-Mok yerinə yetirəcək.
Cənubi Koreyanın sabiq prezidenti rüşvətdə təqsirləndirilir

Xatırladaq ki, Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol keçən ilin dekabrında ölkədə hərbi vəziyyət başlatdığı üçün legitimliyini itirmiş, ədalət mühakiməsinə tuş gələrək vəzifəsindən uzaqlaşdırılmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Cənubi-Koreya   prezident   istefa  





Xəbər lenti