Ən yaşlı insan dünyasını dəyişib

   Ən yaşlı insan dünyasını dəyişib
  01 May 2025    Oxunub:447
Dünyada ən qoca insan sayılan 116 yaşlı braziliyalı rahibə İna Kanabarru Lukas ölüb.
Bu barədə Braziliyanın Portu-Aleqri şəhərindəki Karmelit Bacıları İcması bəyanat yayıb.

Kanabarru 1908-ci il iyunun 8-də Braziliyanın San Fransisku di Assis şəhərində dünyaya gəlib. O, 2024-cü ilin dekabrında 116 il yaşayan Yaponiya sakini Tomiko İtukanın vəfatı nəticəsində "dünyanın ən yaşlı insanı" adını qazanıb. Hazırda rahibənin ölümü fonunda bu titul 115 yaşlı Britaniya vətəndaşı Etel Keyteremə keçib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ən-yaşi-insan   vəfat  





Xəbər lenti