Lavrov nəhayət ki, zəng etdi

Lavrov nəhayət ki, zəng etdi
  18 Fevral 2013    Oxunub:1631
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın yeni dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
Rusiya XİN-in mətbuat xidmətinin yaydığı xəbərə görə, Lavrov və Kerri Suriyadakı böhranı müzakirə edərək tərəflərin zorakılığı dayandırması və dialoqa başlamasının zəruriliyini bildiriblər. Koreya Xalq Demokratik Respublikasının bu yaxınlarda keçirdiyi nüvə sınağından sonra Şimal-Şərqi Asiyada yaranmış vəziyyətə də toxunulub.
S. Lavrov və C. Kerri bu və digər məsələlər üzrə əlaqə saxlamağa davam etmək və yaxın vaxtlarda ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər.
(apa)


Teqlər:  





Xəbər lenti