Flora Kərimova: “Mən o yolla getmək istəməzdim”

Flora Kərimova: “Mən o yolla getmək istəməzdim”
  14 Aprel 2015    Oxunub:12837
“A bala mənə lazımdırsa, özüm güləcəm də…”
Yerli kinoteatrlardan birində film izləməyə gələn Xalq artisti Flora Kərimova AzVision.az-ın əməkdaşı ilə həmsöhbət olub.

- Flora xanım, kinoteatra tez- tez gəlirsiniz?


- Artıq üçüncü filmdir ki, gəlib baxıram.

-Sizi son zamanlar çəkilmiş yerli filmlər qane edirmi?

-Bu yaxınlarda yerli bir filmə baxdım, çox xoşuma gəldi. Filmin əvvəlindən sonuna qədər xeyli güldüm.

-Necə düşünürsünüz, indiki rejissor və aktyor heyəti tamaşaçılara səviyyəli gülüşü verə bilirmi?

-Bilirsinizmi mən nəyin əleyhinəyəm, tutaq ki bir komediya göstərirlər. Orada filmə baxan insana, tamaşaçıya gülməyi yeridirlər. A bala mənə lazımdırsa, özüm güləcəm də. Mənə işarə edirlər ki, burada gül. Bu xoşuma gəlmir.

-İllər öncə “Qanun naminə” filminə çəkildiniz. Bəs indi necə hansısa rejissor sizə filmə çəkilməyi təklif etsə razılaşarsınızmı?

-Bu yaxınlarda seriala çəkilməyi təklif etmişdilər. Ancaq həyatım keçməkeşli və siyasətlə qarışıq olduğuna görə razılaşmadım. Təklif edən rejissoru həvəsindən yayındırdım. Dedim ki, çəkilişimiz alınmayacaq. Film melodrama olacaqdı.

-Bəs komediya filmləri necə ruhunuza yaxın deyil?

-Canımda yumor hissi güclüdür. Bilirsiniz, elə bir səviyyədəyəm ki, razılıq vermək üçün götür qoy etməliyəm. Çox seçimdə olmalıyam.

-Ancaq onu da nəzərə alaq ki, xarici ulduzların bir çoxunun həyatından bəhs edən filmləri var…

- O filmlərdə yalanlar çox olur. Orada kasıb olmaq , uşaqlıqda əziyyət çəkmək, zorakılığa məruz qalmaq çox dəbdədir. Mən o yolla getmək istəməzdim. Həqiqətləri hərdən müsahibələrdə danışıram. Ancaq o həqiqətlərin üstünə bir qədər də yalan yükləyib, filmə çəkilmək istəməzdim.



Nuron Məmmədov


Teqlər:  





Xəbər lenti