Hərbi şəhərcikdə qadın intiharı

Hərbi şəhərcikdə qadın intiharı
  19 Fevral 2013    Oxunub:1917
Hərbçinin 23 yaşlı həyat yoldaşı özünü yandıraraq öldürüb.
Gəncə şəhərində dəhşətli intihar hadisəsi baş verib. Gəncə Hərbi Prokurorluğundan verilən məlumata görə, bir neçə gün əvvəl 38 saylı hərbi şəhərcikdə 1990-cı il təvəllüdlü İsmayılova Ayşən Surxay qızı özünü yandırıb. 23 yaşlı qız şəhərciyin həyətində üstünə benzin tökərək özünə od vurub. Lent.az bildirir ki, A.İsmayılova ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, bu gün ölüb.

Qeyd edək ki, intihar etmiş gənc qız bir müddət əvvəl hərbçi ilə ailə həyatı qurub və onlar hərbi şəhərcikdə məskunlaşıblar. Faktla əlaqədar cinayət işi qaldırılıb, araşdırmalar aparılır.


Teqlər:  





Xəbər lenti