Tələbələrimizə Avropada da güzəşt olunacaq

Tələbələrimizə Avropada da güzəşt olunacaq
  19 Fevral 2013    Oxunub:2861
Tələbələrə yönəldilmiş sosial “Azərbaycan Tələbə Kartı” layihəsi hazırlanır.
Bu ilin may-iyun ayına kimi Azərbaycan tələbələrinin hamısı “Azərbaycan Tələbə Kartı” ilə təmin olunacaq. Bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O bildirib ki, bu günə kimi artıq tələbələrin yarısı bu kartlarla təmin olunub. Nazir müavinin sözlərinə görə, “Azərbaycan Tələbə Kartı” tələbələrə yönəldilmiş sosial bir layihədir: “Bu layihə çərçivəsində Azərbaycanda təhsil alan ali və orta ixtisas təhsili müəssisələrin tələblərinin, yəni 200 minə yaxın tələbənin hamısı “Azərbaycan tələbə kartı”nı əldə edəcək. Bu kartlar yalnız ölkədaxili deyil, 30 Avropa ölkəsində də işləkdir. Bu gün Azərbaycan tələbəsi bu kartla nəinki ölkədə, həmçinin Avropa ölkələrində müxtəlif güzəştlərdən istifadə edə bilər”.

APA-nın xəbərinə görə, İ. Babayev qeyd edib ki, bu gün Bakıda və regionlarda 100-lərlə müəssisə kartı olan tələbələrə güzəştli xidmətlər göstərir: “Amma biz çalışırıq ki, güzəştlə əhatə olunan müəssisələrin sayı genişləndirilsin və yeni xidmətlər əlavə olunsun. Hazırda bu kartları alan tələbələrin nəqliyyatdan güzəştli istifadə etməsi üzərində iş gedir. Yaxın zamanlarda Azərbaycan tələbə kartını alan tələbələr dövlət nəqliyyatından güzəştli istifadə edə biləcək”.


Teqlər:  





Xəbər lenti