Çin ABŞ-ı günahlandırdı

Çin ABŞ-ı günahlandırdı
  19 Fevral 2013    Oxunub:2249
Çin dövlət mediası , qısa müddət əvvəl 3-cü nüvə silahı sınağını həyata keçirən Şimali Koreyanın dünyanı lərzəyə salmasında ABŞ-ı günahlandırıb.
Şimali Koreya gərginliyinin artmasında rəsmi Vaşinqtonu günahlandıran Çin mediası Pekinə də xəbərdarlıq yollayıb.
Bir çox qəzetlərdə "ABŞ, Koreya yarımadasında təzyiqin artmasında böyük rol oynayıb", "ABŞ, Cənubi Koreyanın təhlükəsizlik məsələsinə önəm vermir və buna görə də yarımadada nüvə problemi həll olmur" kimi fikirlər yer alıb.
Çin tərəfi ABŞ-ın bölgədə əsgər varlığını davam etdirmək üçün nüvə problemini bəhanə olaraq istifadə etdiyini deyib. Onlar Vaşinqtonun problemin həlli üçün addım atmalı olduğunu xüsusi vurğulayıblar.


Teqlər:





Xəbər lenti