Con Kerri ilk turneyə başlayır

Con Kerri ilk turneyə başlayır
  20 Fevral 2013    Oxunub:1872
ABŞ Dövlət katibi Con Kerri fevralın 24-dən martın 6-dək tutduğu postda həyata keçirəcək ilk xarici turnesi çərçivəsində Böyük Britaniyaya, Almaniyaya, İtaliyaya, Türkiyəyə, Səudiyyə Ərəbistanına, Qətərə və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
Məlumata görə, hər bir dövlətə ediləcək səfər çərçivəsində Con Kerri ölkə rəhbərliklərinin nümayəndələri və vətəndaş liderləri ilə görüşlər keçirməyi planlaşdırır. Con Kerri turne çərçivəsində ikitərəfli əməkdaşlığa aid məsələləri və dünya siyasətinin əsas aspektlərini – təhlükəsizlik problemlərini, Suriya, Mali, Əfqanıstan və Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək niyyətindədir.
Turne çərçivəsində ABŞ Dövlət katibinin Türkiyəyə də səfəri planlaşdırılır. Ankarada Con Kerri ölkə rəsmiləri ilə keçiriləcək görüşlərdə ikitərəfli strateji prioritetlər əsas müzakirə mövzusu olacaq – buraya regional sabitlik, sülh və təhlükəsizlik kontekstində Suriyanın böhrandan çıxma məsələsi, terrorçuluqla mübarizə daxil olmaqla Amerika-Türkiyə əməkdaşlığının inkişafı məsələləri aiddir.


Teqlər:  





Xəbər lenti