Hava buludlu olacaq
![Hava buludlu olacaq Hava buludlu olacaq](https://azvision.az/photos/oblako-s-kulkom-partly-cloudy_1920x1200.jpg)
Havanın temperaturunun gecə 3-6, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 20-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.
Teqlər: