“Cənubi Koreya dağıdılacaq”

“Cənubi Koreya dağıdılacaq”
  20 Fevral 2013    Oxunub:2085
Şimali Koreya Cənubi Koreya Respublikasını “yerlə yeksan edəcəyini” bəyan edib.
Şimali Koreya təmsilçiləri BMT-nin silahsızlaşdırma proqramına həsr olunmuş Berlin görüşündə Cənubi Koreyanı tamamilə dağıdılacağı ilə bağlı xəbərdarlıq ediblər. Görüş zamanı ABŞ, Böyük Britaniya və Almaniya da daxil olmaqla bir sıra qərb ölkələrinin təmsilçiləri , o cümlədən Cənubi Koreya nümayəndələri rəsmi Cari ilin Fevralın 12-də həyata keçirdiyi nüvə sınağına qarşı çıxış ediblər. Onların bəyanatlarına cavab olaraq Şimali Koreya təmsilçiləri bildiriblər ki, “ Cənubi Koreyanın yürütdüyü aqressiv siyasət onun tamamilə məhvinə səbəb olacaq ”.
Xatırladaq ki, bir müddət əvvəl Avropa İttifaqı, nüvə sınağı həyata keçirdiyinə görə Şimali Koreyaya qarşı sanksiya tətbiq edib. Yeni sanksiyalar Şimali Koreyanın dövlət istiqrazları, qızıl ,digər qiymətli metallar və brilyant ticarətini də qadağan edir.


Teqlər:  





Xəbər lenti