Nazirlikdən sahibkarlara cəza

Nazirlikdən sahibkarlara cəza
  20 Fevral 2013    Oxunub:1635
Sanitariya norma və qaydalarının tələblərini pozan sahibkarlar inzibati qaydada cərimə olunublar.
Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2013-cü ilin yanvar ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan sahibkarlar inzibati qaydada cərimə olunublar.

Bu sıraya laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 41 müəssisənin sahibkarı da iddir. 38 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 15 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 716, mikrobioloji göstəricilərinə görə 551, toksikoloji göstəricilərinə görə 139 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 13-də orqanoleptik və fiziki-kimyəvi, 18-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 1837 yaxma nümunəsi götürülüb, 12 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.


Teqlər:





Xəbər lenti