Ermənilər oturaq aksiyaya başladı
Prezident seçkilərində ikinci yeri tutan “İrs” partiyasının lideri məğlubiyyətini etiraf etməkdən imtina edib və seçkilərin qalibi elan olunmuş hazırkı prezident Serj Sarkisyanı hakimiyyəti təhvil verməyə çağırıb. Bu gün saat 17:00-a qədər S.Sarkisyanla görüşmək niyyətini açıqlayıb və onu Azadlıq meydanında gözlədiyini bildirib.
Qeyd edək ki, “İrs” partiyası bir neçə gün əvvəldən İrəvan meriyasına mitinqlərin keçirilməsi ilə bağlı müraciət edərək fevralın 20 və 22-də Azadlıq meydanında, 21-də isə Matenadaran meydanında aksiya keçirəcəyini bildirib.
Maraqlıdır ki, R.Ovannisyan tərəfdarlarının boşaltmaq istəmədiyi Azadlıq meydanında sabah S.Sarkisyan tərəfdarları ilə birgə qələbə mitinqi keçirməyi planlaşdırır.