İtlər saymağı da bacarır

İtlər saymağı da bacarır
  31 Yanvar 2013    Oxunub:4058
Amerikalı kinoloq və psixoloq Stenli Koren, başqa alimlər kimi itlərin insanların düşündüyündən daha ağıllı və düşüncəli olduğunu deyib.
Araşdırmalar görə itlər orta hesabla 165 söz başa düşür, 5-ə qədər saya bilir və insanın sözlərindəki doğru və ya yalanı hissiyyat orqanları vasitəsilə ayırd edə bilirlər. Alimlərin fikrinə görə, itlərin inkişaf səviyyəsi 2-2,5 yaşlı uşaqlar ilə eynidir.

Macarıstan Elmlər Akademiyasının mütəxəssisləri İosif Topalın rəhbərliyi altında bu deyilənləri doğrulamaq üçün yüzlərlə eksperiment aparıblar. Məlum olub ki, itlər və uşaqların hər ikisi onlara müraciətə və müxtəlif siqnallara eyni reaksiya verirlər. Həmçinin itlər də uşaqlar kimi yeni informasıyani, ətraf mühiti gözətləyərək əldə edirlər. Bu halda heyvanlar yalnız lazımi bildikləri hərəkətləri təkrarlayırlar.

Alimlər həmçinin itlərdə mərhəmət hissinin mövcud olduğunu da müəyyən ediblər. Mütəxəssislər bunu sübut etməkçün iki iti eyni hərəkət etdikləri müddətcə mükafatlandırmaqla yoxlayıblar. Təcrübə müddətində hər iki it komandaları eyni icra edib. Lakin mütəxəssislərdən biri bu itlərdən birini incidən zaman o biri it də əmri icra etməkdən imtina edib.


Teqlər:





Xəbər lenti