İrandan Qarabağa dair yeni mövqe

İrandan Qarabağa dair yeni mövqe
  21 Fevral 2013    Oxunub:1654
“Qarabağa sülhməramlı qüvvələrin yeridilməsi region üçün yeni təhlükələr yarada bilər”.
İran Qarabağa sülhməramlıların gəlməsini istəmir. İRNA xəbər agentliynin verdiyi məlumata görə, bunu mətbuata açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. İranlı diplomatın sözlərinə görə, Qarabağa sülhməramlıların yeridilməsi nəinki öz effektini verəcək, əksinə regionun təhlükəsizliyi baxımından yeni problemlər yaradacaq. Pak Ayinin fikrincə bu mərhələdə Dağlıq Qarabağa sülhməramlı qüvvələrin yeridilməsi arzuolunan deyil və bunun üçün zəruri olan zəmin də yoxdur.
Səfir İranın Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni əsirgəməyəcəyini deyib. İran diplomatının sözlərinə görə, rotasiya əsasında Qoşulmama hərəkatına rəhbərlik edən rəsmi Tehran da münaqişə tərəfləri ilə əməkdaşlıq da maraqlıdır.



Teqlər:





Xəbər lenti