ABŞ səfiri Kürdəmirə gedib

ABŞ səfiri Kürdəmirə gedib
  22 Fevral 2013    Oxunub:1480
ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Kürdəmir rayonuna səfər edib. Səfər zamanı regionlarda iqtsiadi, kənd təsərrufatı, təhsil və mədəniyyət sahələrindəki məsələlər müzakirə olunub.
Qonaqlar Kürdəmir rayon Mərkəzi kitabxanasına yollanıblar. Burada Xocalı faciəsinə həsr olunan kitab sərgisinə və fotostendlərə baxış keçirilib.
Səfir Morninqstar bildirib ki, Xocalıda baş verən qətliamdan, ümumiyyətlə Azərbaycan xalqının üzləşdiyi vəziyyətlə bağlı məlumatlıdır.
Xocalı soyqırımı ilə bağlı ABŞ prezidentinə edilən müracitin nəticəsini səfir belə cavablandırıb: “O müraciətə cavab verilməsi üzrə iş gedir. Amma hələ ki, nəsə bir şey demək tezdir. Qaldı ki, münaqişə nəticəsində Azərbyacanın üzləşdiyi çətiniklərdən, ağrı-acılardan ətraflı şəkldə məlumatlıyam. Biz birgə fəaliyyətimizi davam etdirməliyik”.


Teqlər:





Xəbər lenti