ABŞ və Rusiya birləşdi

ABŞ və Rusiya birləşdi
  22 Fevral 2013    Oxunub:1588
ABŞ Rusiya ilə bütün növ nüvə silahlarının azaldılmasına dair danışıqlara başlamaq niyyətindədir
ABŞ Rusiya ilə bütün növ nüvə silahlarının, o cümlədən qeyri strateji silahlarının azaldılmasına dair danışıqlara başlamaq niyyətindədir. Bu barədə ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini vəzifəsini icra edən Rouz Qetemüller məlumat verib.
“ABŞ aydın şəkildə bildirib ki, nüvə silahlarının ümumi sayının tədricən azalması məsələsinə sadiq qalır, o cümlədən Rusiya ilə bütün növ silahların – strateji və qeyri strateji silahların azaldılmasına dair yeni razılaşmalara hazırdır”, deyə Qettemüller bəyan edib.
Bu məqsədlə tərəflər arasında danışıqlar aparılır. Taktiki silahlarının sayı barədə məlumatlar məxfi saxlanılır.


Teqlər:





Xəbər lenti