Prezidenti kosmosa göndərirlər
Müsabiqənin nəticələrinə görə, 25 nəfər kosmosa bir saatlıq səyahət edəcək. Buna görə də hərəkat üzvləri hər kəsi “axeapollo.com” saytında səsvermədə Misir prezidentinə səs verməyə çağırıb.
“Heç kim bu qədər yalan və xilaf çıxan vədlərlə yer kürəsində yaşamaq istəməz. Məhz buna görə də bizə sizin səsləriniz lazımdır. Prezident Mursi, biz sizə xoş istirahət arzulayırıq”,-deyə məktubda yazılıb.
Mətnlə yanaşı gənclər Mursinin “Mən kosmosa getmək istəyirəm çünki yerdəki missiyamı tamamlamışam” yazılı və skafandrdakı fotosunu da paylaşıblar.