Nazirlik daxilində agentlik açılır

Nazirlik daxilində agentlik açılır
  22 Fevral 2013    Oxunub:1867
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Ehtiyatlarının İnkişafı Agentliyi yaradılacaq.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Agentliyin Əsasnaməsinin layihəsi artıq hazırdır. Bu barədə aidiyyəti təşkilatların rəyləri nəzərə alınıb və yenidən işlənərək Nazirlər Kabinetinə təqdim edilib

Agentliyin yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasında əmək ehtiyatlarından daha dolğun istifadə etmək, işçi qüvvəsinin keyfiyyətini və rəqabət qabiliyyətini artırmaqdır. Bu barədə müvafiq işlər aparılır.


Teqlər:  





Xəbər lenti