Müşahidəçilər Ermənistana kefə gəlibmiş

Müşahidəçilər Ermənistana kefə gəlibmiş
  22 Fevral 2013    Oxunub:1902
“Beynəlxalq müşahidəçilər siyasi turist kimi davranırlar”
Artıq xeyli müddətdir ki, Ermənistan mətbuatında və əhali arasında belə bir fikir formalaşıb ki, “Ermənistana prezident seçkilərini izləmək üçün gələn beynəlxalq müşahidəçilər özlərini siyasi turist kimi aparırlar və işləri ilə paralel olaraq hökumət hesabına kef çəkirlər”.
Ermənistanın “Çİ” qəzeti yazır ki, “ ötən prezident seçkilərində müşahidəçilik missiyasını həyata keçirənlərin əksəriyyəti vaxtlarının çoxunu seçki məntəqələrində deyil, restoranlarda, xüsusən də məşhur ”Yans” restoran kompleksində keçirirlər”. Həmin restoranın prezident Sarkisyanın cangüdəni Vaçik Kazaryana aid olduğu bildirilir.
Qəzet həmçinin əlavə edir ki, müşahidəçiləri dövlət nömrə nişanı olmayan avtomobillərdə görüblər. Onların pişvazında duranlar isə məmurların övladları olub. “Bütün bunlardan sonra müşahidəçilərin seçkilərdə nə isə gördükləri şübhə doğurur”-deyə qəzet yazır.


Teqlər:  





Xəbər lenti