DİN, MTN və Prokurorluq birgə əməliyyat keçirdi

DİN, MTN və Prokurorluq birgə əməliyyat keçirdi
  22 Fevral 2013    Oxunub:2017
Bir neçə hüquq-mühafizə orqanı birgə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirib.
AzVision.az-ın məlumatına əsasən, fevralın 16-da İmişli rayonunun Cəfərli kəndi ərazisində “VAZ-2107” markalı 66-BB-616 dövlət qeydiyyat nişanlı yanmış avtomobildə İmişli şəhər sakini Məsudi Orucovun üzərində kəsilmiş-deşilmiş xəsarət olan meyiti aşkar edilmiş və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Daxili işlər, Milli təhlükəsizlik və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayətin aralarında baş vermiş şəxsi münaqişə zəminində əvvəllər məhkum olunmuş, rayon sakini, 1985-ci il təvəllüdlü, Niyəməddin Ağayev tərəfindən törədilməsi müəyyən edilib və o, tutularaq istintaqa cəlb olunub.
N.Ağayev ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib və ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Teqlər:





Xəbər lenti