Morninqstar Mingəçeviri gəzib

Morninqstar Mingəçeviri gəzib
  23 Fevral 2013    Oxunub:1415
ABŞ-ın ölkəmizdəki səfiri Mingəçevirə səfər edib.
El TV-nin yaydığı xəbərə görə, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar səfəri çərçivəsində Mingəçevir şəhər İcra Hakimiyyətində olub və icra başçısı Niyazi Bayramovla görüşüb.

Görüşdə, əsasən, ABŞ-Azərbaycan əməkdaşlığından və bu əlaqələrin bütün sahələrdə genişlənməsindən danışılıb.
Sonra diplomat şəhəri gəzib, Kür Olimpiya Tədris İdman Kompleksində olub. Amerikalı diplomat Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir filialına gəlib və burada gənclərlə, həmçinin Sülh Korpusunun könüllüləri ilə görüşüb. Görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.



Teqlər:





Xəbər lenti