Gürcüstan prezidenti dindiriləcək

Gürcüstan prezidenti dindiriləcək
  24 Fevral 2013    Oxunub:1479
Gürcüstan prezidenti Mixail Saakaşvili yaxın günlərdə prokurorluğa dindirilməyə çağırılacaq
Gürcüstanın baş prokuroru Arçil Kbilaşvili ölkə prezidenti Mixail Saakaşvilini yaxın günlərdə “İmedi” telekanalının keçmiş hökumət nümayəndələri tərəfindən mənimsəmə faktı üzrə şahid qismində prokurorluğa dindirilməyə çağırılacağını istisna etməyib.

“RİA Novosti”nin xəbərə görə, İstintaq xidməti fevralın 23-də Tiflisin meri Qiqi Uqulavanı “İmedi” telekanalını ələ keçirməkdə günahlandıraraq, ona rəsmi ittiham təqdim edib. İstintaq hesab edir ki, telekanalın keçmiş sahibi Cozef Key 2008-ci ildə hədələnərək şirkətdə olan payını merə satmağa məcbur edilib. İstintaqın versiyasına görə, bu satınalma əməliyyatı saxta saziş vasitəsi ilə Tiflis meriyası tərəfindən maliyyələşib.

“Cozef Key izahatında təsdiq edir ki, keçmiş hakimiyyət nümayəndələrinin telekanalın mənimsənməsi məqsədi ilə atdıqları bütün addımlar Gürcüstan prezidenti ilə razılaşdırılıb. Ola bilsin ki, bu məsələlərə aydınlıq gətirmək üçün prezident şahid qismində prokurorluğa çağırılsın”, deyə Arçil Kbilaşvili jurnalistlərə bildirib.

Gürcüstan prezidentinin mətbuat katibi Manana Mancqaladze Kbilaşvilinin bəyanatını “çirkin böhtan” adlandırıb.


Teqlər:





Xəbər lenti