Qəmbər - İbrahimbəyov görüşünün detalları

  Qəmbər - İbrahimbəyov  görüşünün detalları
  06 Avqust 2013    Oxunub:1644
Milli Şuranın Tiflisdəki toplantısından sonra qurumun sədri və vahid namizədi Rüstəm İbrahimbəyovla Müsavat başqanı İsa Qəmbər arasında keçirilən görüş ictimaiyyət üçün sirr qalıb. Yeni Müsavat qəzetinin əməkdaşları Tiflis samittindəki qapalı görüşün pərdəarxasını açmaq məqsədi ilə araşdırma aparıb. AzVision.az araşdırmanın bir hissəsini təqim edir.
Müxalifətin “B” variantı...

Müsavat başqanı Milli Şuranın Tiflis toplantısında olduğu kimi, təkbətək görüşdə də R. İbrahimbəyova israrla deyib ki, buradan - Tifılisdən Bakıya dönmək lazımdır. İbrahimbəyov bu məsələ ilə bağlı 10 gün zaman istəyib. Müsavat başqanı “15 gün də gözləyərik”, replikasını verib. Bundan sonra R. İbrahimbəyovun seçkilərə qatıla bilməyəcəyi və Bakıya dönüşünün mümkün olmayacağı təqdirdə demokratik qüvvələrin və konkret halda, Milli Şuranın nə etməli olduğu müzakirə edilib. Müsavat başqanı deyib ki, o, seçkilərin heç bir halda boykot olunmasını istəmir, buna da imkan verməyəcək. İbrahimbəyov seçkiyə qatıla bilməsə, Müsavatın və Milli Şuranın seçkidən kənarda qalmaması üçün təklifləri var. Həmin təkliflər müzakirə olunub. Təxmini plan belədir ki, İbrahimbəyov seçkilərə qatıla bilməsə də, müxalifətin əsas lideri və Milli Şuranın rəhbəri statusunu saxlayır. Bununla bərabər, seçkilərə qatılmaq iddiası göstərən Müsavat namizədini dəstəklədiyini bəyan edir, ona bacardığı qədər dəstək verir. Lakin Milli Şuranın qorunması və müxalifətin birləşmə mərkəzi statusunu qoruyub saxlaya bilməsi naminə, bu qurumu təsis edən digər siyasi partiyaların da iddiaçılarına tolerant yanaşılır. Müzakirələrin bu nöqtəsində Eldar Namazov mövzusu ortaya çıxır: Musavat başqanının təklifi ilə İbrahimbəyov Eldar Namazova zəng edir və onu otağına çağırır.
Bundan sonra müzakirələr üçlükdə aparılır. Xeyli öncədən, hələ yarım il əvvəldən İsa Qəmbərlə Eldar Namazov arasında bəzi anlaşma nöqtələrinin tapılması səbəbindən “müxalifətin ”B" variantı deyilə biləcək sxem üzərində ümumi şəkildə anlaşırlar. Bunun da təxmini məzmunu belədir - qarşıdakı prezident seçkilərində MŞ-nin vahid namizədi iştirak edə bilməyəcəyi təqdirdə, Müsavat başqanı İsa Qəmbər və EL Hərəkatının lideri Eldar Namazov, hər ikisi seçkilərdə iştirak üçün prosedurlara baş vururlar. Bu cür qərar verən digər Milli Şura üzvünə də maneçilik törədilmir. Prosedurlardan sonra seçkiyə kimlər qatılacaqsa, daha sonra seçkinin gedişatında onların göstərdikləri performansa və şanslara uyğun qərarlar veriləcək. Əgər hər hansı bir anlaşmaya varılsa, bundan sonra şansı daha çox olan iddiasında vahid namizəd kimi qalacaq; az şansı olan(lar) isə namizədliklərini öndə olanın xeyrinə geri götürəcək(lər).

Eldar Namazov Moskvaya təqdimata gedib...

Bundan sonra Müsavat başqanı Bakıya, Rüstəm İbrahimbəyovla Eldar Namazov isə Moskvaya qayıdıblar.
Müəlliflər yenə də eyni metodla təxmin ediblər ki, hörmətli Eldar müəllimi Moskvaya təqdimat üçün aparıblar. Rüstəm İbrahimbəyova stavka edən güclərin bəzi təmsilçiləri ilə Moskvada görüşən Namazov Bakıya ehtiyat namizəd kimi dönüb. Bu da o deməkdir ki, cənab İbrahimbəyovun “pasport problemi”nin öz həllini tapması mümkünsüz sayıla bilər. Rüstəm bəyi 2013 seçkilərində Eldar Namazov əvəz edəcək. Lakin MŞ-nin vahid namizədi kimi yox - EL Hərəkatının lideri kimi. Bu versiya da bizim Tiflis görüşündən öncə yazdığımız “İbrahimbəyovun prinsi” iddiasını təsdiq etmiş olur.




Teqlər:  





Xəbər lenti