Nazirlik işdən çıxartdı və cəzalandırdı

Nazirlik işdən çıxartdı və cəzalandırdı
  27 Mart 2013    Oxunub:1376
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsində (MMBM) meşələrin qorunub mühafizə olunması vəziyyətini yoxlamaq məqsədilə araşdırma aparılıb
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırma zamanı Balakən MMBM-in 5 meşə dolayında 797,23 m3 həcmində, 3606,81 manat köküstə nırx dəyərində ağacların qanunsuz kəsilməsi faktı aşkar edilib.

Bundan başqa, Meşələrin İnkişafı Departamentinin əməkdaşları tərəfindən son günlərdə Balakən MMBM-in ərazisində aparılmış qəfləti yoxlamalar zamanı 171,45 m3 həcmində, 690,18 manat köküstə nırx dəyərində qanunsuz ağac kəsilməsi faktı da müəyyən olunub.

Beləlilklə, aparılan araşdırmalar zamanı Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbər vəzifəli şəxslərinin öz vəzifə borclarını layiqincə icra etməmələri nəticəsində meşələrin qorunub mühafizə olunmasında ciddi qanun pozuntularına, qanunsuz qırıntılara yol verildiyi müəyyən edilib.
Qeyd edək ki, aparılan araşdırmalar zamanı aşkar olunmuş özbaşına qırıntılara görə hesablanmış 4296,99 manat məbləğində ziyanın təqsirkarlar tərəfindən ödənilməsi təmin olunub.

Meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Balakən MMBM-in direktoru işdən azad edilib, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Yol verilmiş qanun pozuntularına görə cavabdeh olan digər işçilər barəsində də qanunamüvafiq qaydada ciddi intizam tənbehi tədbirləri görülüb.



Teqlər:  





Xəbər lenti