Lavrov: "Ukrayna hökumətindəki dəyişikliklər mənə maraqlı deyil"

   Lavrov:    "Ukrayna hökumətindəki dəyişikliklər mənə maraqlı deyil"
  06 Sentyabr 2024    Oxunub:1768
Rusiyanın xarici işlər naziri Sergey Lavrov son günlər Ukrayna hökumətində baş verən ciddi kadr dəyişikliyinə münasibət bildirib.
Diplomat RBK-ya müsahibəsində deyib ki, Kiyevdə baş verən kadr dəyişikliyi onu maraqlandırmır.
O xatırladıb ki, bu yaxınlarda yeddi-səkkiz Ukrayna rəsmisi istefa verib. Bura baş nazirin müavinləri və müxtəlif qurumların rəhbərləri daxildir.

Ukrayna Radası strateji sənaye nazirini vəzifəsindən azad etdi
Lavrovun sözlərinə görə, onun Ukraynanın yeni nazirlər kabinetindən heç bir gözləntisi yoxdur.

Xatırladaq ki, son bir neçə gündə üç nazir, eləcə də Ukrayna baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Olqa Stefanişina istefa ərizələrini Radaya göndəriblər. Bundan başqa Ukrayna Ali Radası xarici işlər naziri Dmitri Kulebadan istefa məktubu alıb. Onların əksəriyyətinin istefası qəbul edilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti