Rusiya “ədalətli broker” olmaq istəyir

   Rusiya    “ədalətli broker”    olmaq istəyir
  05 Sentyabr 2024    Oxunub:1126
Moskva Bakı ilə İrəvan arasında danışıqlar prosesində “vicdanlı broker” rolundan heç vaxt imtina etməyib. Rusiyanın lideri Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla son təmasları buna sübutdur.
AzVision.az xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Müttəfiqlər. KTMT” ictimai-siyasi nəşrinə müsahibəsində belə deyib.

“Moskva Bakı ilə İrəvan arasında iş prosesində “vicdanlı broker” rolundan heç vaxt imtina etməyib. Rusiya prezidenti Vladimir Putinin tərəfdaşları ilə son təmasları, xüsusən avqustun 18-19-da Azərbaycana dövlət səfəri, Nikol Paşinyan və İlham Əliyevlə telefon danışıqları, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərinin müzakirəsi bunun əyani təsdiqidir”, - Kopırkin bildirib.

Onun sözlərinə görə, Moskva səmimi şəkildə danışıqların uğurlu olmasında, ən yaxın qonşularının, tərəfdaşlarının və müttəfiqlərinin ərazilərində firavanlığın və sülhün hökm sürməsində maraqlıdır.

- Biz iki müttəfiqimiz arasında tarazlaşdırılmış sülh müqaviləsinin bağlanmasını bölünməz təhlükəsizlik və davamlı sosial-iqtisadi inkişaf arxitekturasının qurulması üçün əvəzsiz ilkin şərt hesab edirik”, - rusiyalı diplomat vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Rusiya   Azərbaycan   Ermənistan  





Xəbər lenti