"Qəzzada atəşkəs həm HƏMAS-dan, həm də İsraildən asılıdır" - Blinken

   "Qəzzada atəşkəs həm HƏMAS-dan, həm də İsraildən asılıdır" -    Blinken
  06 Sentyabr 2024    Oxunub:1904
"Qəzza zolağında atəşkəs həm Fələstinin radikal HƏMAS hərəkatından, həm də İsraildən asılıdır. ABŞ yaxın günlərdə onlardan bu məsələ ilə bağlı yekun cavab alacağına ümid edir”.
AzVision.az xəbər verir ki. bunu ABŞ dövlət katibi Entoni Blinken Haitiyə səfərindən sonra Port-o-Prinsdə keçirdiyi mətbuat konfransında deyib.

Blinken Netanyahu ilə görüşüb - VİDEO
"İndiki məqamda mənə elə gəlir ki, hər iki tərəf qalan məsələlərdə razılığa gəlməlidir və biz ilk növbədə tərəfdaşlarımızla, Misir və Qətərlə çox fəal danışıqlar aparırıq. Gözləyirəm ki, yaxın günlərdə fikirlərimizi İsrail və HƏMAS ilə bölüşəcəyik, üçümüz həll olunmamış qalan məsələlərin necə həll olunacağını dəqiq müzakirə edəcəyik ", - deyə o, bildirib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Son məlumata əsasən Qəzza zolağında ölənlərin sayı təxminən 40,74 min olub. Zərərçəkənlərin ümumi sayı 94 154 nəfərə çatıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   Blinken   ABŞ  





Xəbər lenti