Türkiyəli millət vəkilindən Xocalı bəyanatı

Türkiyəli millət vəkilindən Xocalı bəyanatı
  27 Fevral 2013    Oxunub:1710
Türkiyə parlamenti xarici əlaqələr komissiyasının sədri Volkan Bozkır Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, bu qətliamı bir daha kədərlə anmaq və qınamaqla yanaşı, Türkiyə azərbaycanlı qardaşlarının Xocalıda qarşı-qarşıya qaldıqları bu vəhşətin acısını hər zaman hiss edir və dərin duyğularla paylaşır.
“Bəşəriyyətə qarşı cinayət olan və bütün dünya birliyinin vicdanını sızladan bu vəhşi qətliam bir insanlıq faciəsi kimi yaddaşlarda yer alıb. Bəşər tarixinin ən qara səhifələrindən biri olan Xocalı qətliamı nəticə etibarilə bölgədə sülh, təhlükəsizlik və sabitlik baxımından bu gün də bir problem olaraq qalır”,- deyə bəyanatda bildirilir.


Teqlər:





Xəbər lenti