Putin : "ABŞ ilə münasibətləri normallaşdırmağa hazırıq"

      Putin    : "ABŞ ilə münasibətləri normallaşdırmağa hazırıq"
  22 Dekabr 2024    Oxunub:399
Rusiya ABŞ və digər Qərb ölkələri ilə münasibətləri normallaşdırmağa hazırdır.
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin yerli mətbuata müsahibəsində deyib.

Putin Rusiya - ABŞ münasibətlərinin bərpası barədə danışarkən söyləyib ki, istək olsa, hər şey mümkündür.

Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə hər şey dəyişir, yalnız maraqlar dəyişməz qalır: "Başqa ölkələrlə əlaqələr qurmaq üçün imkanlar və perspektivlər var. Biz buna hazırıq. Amma bu, Rusiyanın maraqlarına zidd olmamalıdır".

AzVision.az



Teqlər:





Xəbər lenti