Trampdan Panama kanalı ilə bağlı sürpriz açıqlama

   Trampdan Panama kanalı ilə bağlı sürpriz    açıqlama
  22 Dekabr 2024    Oxunub:423
"Panama kanalı yenidən ABŞ-nin mülkiyyətinə keçə bilər".
AzVision.az xəbər verir ki, bu barədə ölkənin yeni seçilmiş Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb.

"ABŞ-nin Panama ilə bağlı göstərdiyi fövqəladə səxavət nəzərə alınarsa, Panamanın kanaldan istifadə üçün aldığı rüsum sadəcə gülüncdür", - siyasətçi vurğulayıb.

Onun fikrincə, ABŞ bu "soyğunu" dərhal dayandırmalıdır.

Tramp əlavə edib ki, Panama kanalı ABŞ iqtisadiyyatında və milli təhlükəsizliyində mühüm rol oynayır.

AzVision.az



Teqlər:





Xəbər lenti