İdmançımız Gürcüstanda gümüş medal qazanıb

İdmançımız Gürcüstanda gümüş medal qazanıb
  22 Dekabr 2024    Oxunub:406
Azərbaycan kikboksçusu Ümid Bağırov beynəlxalq turnirdə uğurla çıxış edib.
AzVision.az xəbər verir ki, idmançımız Gürcüstanın Qardabani şəhərində keçirilmiş yarışda kikboksinqin K1 versiyası üzrə gümüş medal qazanıb.

Turnirdə Türkiyə, Gürcüstan, Ermənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rusiya, Ukrayna, Moldova, Belarus, İran, Bolqarıstan və Rumıniya idmançıları da mübarizə aparıblar.

Ümid Bağırovun baş məşqçisi Əməkdar idman ustası Elçin Hüseynovdur.

AzVision.az



Teqlər:





Xəbər lenti