"Məqsədimiz soyqırımı qəbul etdirmək deyildi”

"Məqsədimiz soyqırımı qəbul etdirmək deyildi”
  27 Fevral 2013    Oxunub:1792
Əli Həsənov:"Biz bu sınaqdan da üzü ağ çıxdıq”
"Biz güclünün haqlı olduğu deyil, haqlının güclü olduğu ədalətli dünya istəyirik.” Bu barədə açıqlama ilə Ankarada, Qazi Universitetində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı təşkil edilən Azərbaycan-Türkiyə telekörpüsündə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxış edib.

Soyqırımı cinayətlərini törədənlərin tapılması üçün hər hansı bir müddətin olmadığını bəyan edən Əli Həsənov bildirib ki, onlar nə zamansa tapılacaq və cinayət məsuliyyətinə cəlb olunacaqlar. Azərbaycanın bu işdən əl çəkməyəcəyinin vurğulayan Prezident Administrasiyasının şöbə müdiri Türkiyədən də çox şey gözlədiklərini bildirib: "Ancaq bəzi həssas məsələlərə görə Türkiyəni də qınamırıq”.

ABŞ prezidentinə ünvanlanan petisiyadan danışan Əli Həsənov Azərbaycanın məqsədinin heç də soyqırımı Amerikada qəbul etdirmək deyil, daha çox millətimizin bir yerdə olmasının müəyyənləşdirmək olduğunu söyləyib: "Biz bu sınaqdan da üzü ağ çıxdıq”.


Teqlər:  





Xəbər lenti