Qeyri-adi ulduz partlayışı – VİDEO

Qeyri-adi ulduz partlayışı – VİDEO
  21 Avqust 2013    Oxunub:10249
Yaponiyalı həvəskar astronom Koiti İtaqaki Delfin bürcündə yeni parlaq ulduz aşkarlayıb. Ulduzun parlaqlığı getdikcə artdığından, indi onu adi gözlə də görmək olur.
Yeni tapılan ulduzun parlaqlığı bir neçə gündə 300 dəfədən də çox artaraq, artıq 6 ulduz ölçüsünə çatıb. Buna səbəb “Nova Delphini 2013” adı qoyulan ulduzda partlayışın baş verməsidir.

Alimlər iddia edirlər ki, belə partlayışlar biri “ağ cırtdan” olan iki ulduzdan ibarət sistemlərdə baş verir. Bu zaman adi ulduzu əmələ gətirən maddə ağ cırtdana axır və kritik həddə çatanda termonüvə reaksiyası baş verir. Nəticədə biz partlayış və ulduzun böyüməsini görürük.

Hazırda “Nova Delphini 2013” bütün dünyada astronomların diqqət mərkəzindədir.




Teqlər:





Xəbər lenti