Vieyra: "BRİKS G20-nin alternativinə çevrilir"

    Vieyra:    "BRİKS G20-nin alternativinə çevrilir"
  20 Dekabr 2024    Oxunub:980
"BRİKS təşkilatı G20 formatına yaxınlaşır.
Bu sözləri Braziliyanın xarici işlər naziri Mauru Vieyra ölkənin "Estado de Minas" xəbər saytına açıqlamasında dilə gətirib. O diqqətə çatdırıb ki, 2025-ci ilin yanvar ayının 1-dən etibarən BRİKS-ə Braziliyanın rəhbərlik dövrü başlayacaq.

"Nazirlər səviyyəsində mühüm görüşlər baş tutacaq. BRİKS gündən-günə böyüdükcə G20-nin alternativi mahiyyəti qazanır", - nazir bildirib.

Xatırladaq ki, BRİKS təşkilatı 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir. 2024-cü ilin əvvəlində Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da birliyə qoşulub.

Firudin Həmidli
AzVision.az


Teqlər: BRİKS   Braziliya  





Xəbər lenti