Sumqayıtla Sarayı birləşdirən körpü sökülür - VİDEO

Sumqayıtla Sarayı birləşdirən körpü sökülür -    VİDEO
  20 Dekabr 2024    Oxunub:953
Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müvafiq işlərə başlayıb.
Məlumata görə, uzunluğu 100 metr, 6 aşırımdan ibarət yeni körpünün tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. İlkin mərhələdə mövcud kommunikasiya xətlərinin köçürülməsi, köhnə körpünün sökülərək ərazinin təmizlənməsi, tikinti sahəsinin hazırlanması işləri yerinə yetirilir.

1970-ci illərdə inşa edilmiş sözügedən körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri birlikdə baxış keçirib və məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb. Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib.

Şurada mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub. Qərara əsasən, mövcud körpünün sökülməsi və yeni körpünün inşası Agentliyə həvalə olunub.



AzVision.az


Teqlər:





Xəbər lenti