Ombudsman rəsmisi: Mina xəritələrinin verilməsi beynəlxalq hüququn əsas predmetlərindən biridir

   Ombudsman rəsmisi:    Mina xəritələrinin verilməsi beynəlxalq hüququn əsas predmetlərindən biridir
  20 Dekabr 2024    Oxunub:568
Azərbaycan Cenevrə konvensiyanın iştirakçısıdır və onun tələblərini yerinə ən yüksək səviyyədə yetirən dövlətlərdən biridir.
Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Bakıda keçirilən Cenevrə Konvensiyasının 75-ci ildönümünə həsr olunan seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, heç də bütün dövlətlər bu konvensiya ilə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər.

“Mina xəritələrinin verilməsi beynəlxalq hüququn əsas predmetlərindən biridir. 30 ilə yaxın dövrdə Azərbaycan Ermənistanın işğal siyasətinə məruz qalıb və bu dövrdə beynəlxalq hüququn norma və prinsipləri Ermənistan tərəfindən pozulub. Biz həmişə beynəlxalq hüququn tətbiqinin tərəfdarı olmuşuq.

Azərbaycan uzun illər işğala məruz qalsa da, Birinci və İkinci Qarabağ müharibələri dövründə beynəlxalq hüququn tələblərinə tam riayət edib. Saxlanılan, əsir düşən şəxslərə qarşı da beynəlxalq hüququn şərtlərinə əmək edilib. Hərbi əməliyyatlar zamanı da biz humanitar hüquqa əməl etmişik və mülki şəxslərə qarşı heç bir pozuntuya yol verməmişik”, - o əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti