Kerri Lavrovla görüşünü təxirə saldı

Kerri Lavrovla görüşünü təxirə saldı
  27 Avqust 2013    Oxunub:1115
Sabah ABŞ-la Rusiya Suriyanı müzakirə etməli idi
ABŞ Dövlət Departamenti Suriya üzrə sülh konfransına hazırlıqlarla bağlı Rusiya diplomatları ilə bağlı danışıqları təxirə salıb.

AzVision .az-ın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb Suriyada kimyəvi silahdan istifadəyə cavabla bağlı məsləhətləşmələrin hələ də yekunlaşmaması olub. Bir müddət əvvəl ABŞ hökuməti Suriyada kimyəvi silahın Bəşər Əsəd qüvvələri tərəfindən istifadə olunması ilə bağlı dəlillərə sahib olduğunu bəyan edib və yaxın günlərdə bunu açıqlayacağını deyib.

ABŞ Dövlət Departamentindən bildirilib ki, hazırda Suriya üzrə sülh konfransının keçiriləcəyi tarix müəyyənləşdirilir. Xatırladaq ki, bundan əvvəl konfransın avqustun 28-də keçirilməsi nəzərdə tutulmuşdu.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti